Bu gün:

Ərdoğan: Regionda birlik gücləndikcə təxribat planları iflasa uğrayır


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan terrorizmə qarşı mübarizənin regionda sabitliyə mühüm töhfə verdiyini bildirib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan

24Media.az “Report”a istinadən xəbər verir ki, dövlət başçısı çıxışında qeyd edib ki, terrora qarşı aparılan mübarizə yarım əsrdir davam edən qanlı planları pozub.

Ərdoğan vurğulayıb ki, terrorizmdən azad bölgədə türklər, kürdlər, ərəblər və farslar arasında nifaq yaratmaq istəyən qüvvələrin planları iflasa uğrayıb. Onun sözlərinə görə, bu proses xüsusilə Suriyanın şimalında baş verən hadisələrdə açıq şəkildə müşahidə olunub.

Türkiyə lideri bildirib ki, ölkədə birlik və həmrəylik gücləndikcə, zorakılıq dövrü başa çatdıqca qazanan tərəf Türkiyə, onun xalqı və region xalqları olacaq.

O, həmçinin qeyd edib ki, Türkiyə bu yeni vəziyyətə hazırdır. Enerji təhlükəsizliyi gücləndirilib, resursların şaxələndirilməsi artırılıb və daxili imkanlar səfərbər edilib. Nəqliyyat sahəsində böyük irəliləyişlər əldə olunub və ölkə Londondan Çinə qədər uzanan dəmir yolu xəttində mühüm rol oynayır.

Ərdoğan əlavə edib ki, maliyyə sistemi möhkəmləndirilib, bank sektoru risklərə qarşı daha dayanıqlı hala gətirilib və hazırda 47 ölkə ilə yüksək səviyyəli əməkdaşlıq şuraları fəaliyyət göstərir.

Aylin Bayraməliyeva



Paylaş
Şərh əlavə et