Bu gün:

Gürcüstanda həbsdə olan partiya liderinə hökm oxunub


Gürcüstanda müxalif “Droa” partiyasının lideri Elene Xoştariya 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Elene Xoştariya

24media.az APA-nın yerli bürosuna istinadən xəbər verir ki, hökm Tbilisi Şəhər Məhkəməsi tərəfindən çıxarılıb.


Məlumata görə, müxalif siyasətçi hakim Gürcü Arzusu  partiyasının seçki bannerini zədələdiyinə görə ötən ilin sentyabrın 15-dən həbsdə idi. Ona qarşı başqasının əmlakına böyük ziyan vurmaq ittihamı irəli sürülmüşdü.


Elene Xoştariya hökmün elanında iştirak etməyib. O, etiraz əlaməti olaraq məhkəmə iclaslarının heç birinə qatılmayıb.


Qeyd edək ki, siyasətçi ötən ilin sentyabrın 14-də “Gürcü Arzusu”nun yerli seçkilərdə Tbilisi meri vəzifəsinə namizədi Kaxa Kaladzenin seçki bannerinə “Rus arzusu” sözlərini yazmışdı. Məhkəmə onun barəsində 5 min lari məbləğində girov qətimkan tədbiri seçsə də, Xoştariya bu məbləği ödəməkdən imtina edib.

Fidan Ağayeva

Paylaş
Şərh əlavə et