Bu gün:

Baş nazir: Litva ərazisinə düşən dron Ukraynaya məxsusdur


Litvanın hava məkanını pozaraq Varenskin rayonuna düşən və partlayan pilotsuz uçuş aparatının Ukraynaya məxsus olduğu açıqlanıb.

24media.az APA-ya istinadən xəbər verir ki,“Delfi” xəbər verir ki, bu barədə Litvanın Baş naziri İnqa Ruqinenə məlumat verib. Onun sözlərinə görə, sözügedən dron Ukraynanın Rusiyaya qarşı həyata keçirdiyi əməliyyat zamanı Litva ərazisinə daxil olub.


Baş nazir bildirib ki, ölkənin hava məkanını keçərək Varenskin rayonuna düşən pilotsuz uçuş aparatı həmin gecə Ukraynanın Rusiyaya qarşı apardığı əməliyyatla əlaqəlidir. Onun qeyd etdiyi kimi, bu əməliyyat Primorsk neft terminalına edilən hücum çərçivəsində baş verib.

Fidan Ağayeva


Paylaş
Şərh əlavə et