Bu gün:

Rusiya Lvovda yaşayış binalarına zərbələr endirib, yaralananlar var


Rusiya ordusu Ukraynanın Lvov şəhərində yaşayış binalarını hədəfə alıb.

24media.az APA-ya istinadən xəbər verir ki, bu barədə Lvov şəhərinin meri Andrey Sadovıy məlumat verib. Onun sözlərinə görə, şəhərin mərkəzində yerləşən yaşayış binaları Rusiya PUA-larının hücumu nəticəsində ciddi ziyan görüb. Hadisə nəticəsində ağır yaralananların olduğu bildirilir.


Lvov Xüsusi Əməliyyatlar Komandanlığı əhaliyə müraciət edərək sığınacaqlarda qalmağı tövsiyə edib.


Komandanlıqdan verilən məlumata görə, hücum nəticəsində azı yeddi nəfər yaralanıb.

Fidan Ağayeva

Paylaş
Şərh əlavə et