Bu gün:

Türkiyə Azərbaycandan aldığı neftin həcmini 3 dəfədən çox artırıb


Bu ilin ilk iki ayında Azərbaycanın Türkiyəyə xam neft ixracında əhəmiyyətli artım qeydə alınıb.Neft mancanağı

24Media.az “Report”a istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, yanvar-fevral aylarında Türkiyəyə 47 min 80,05 ton xam neft ixrac edilib. Bu həcmdə məhsulun dəyəri 22 milyon 103,54 min ABŞ dolları təşkil edib.

Müqayisə üçün qeyd edək ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 3,2 dəfə, dəyər baxımından isə 3 dəfə artıb.

Hesabat dövründə Türkiyəyə ixrac edilən xam neftin Azərbaycanın ümumi neft ixracında payı 1,31 % olub.

Ümumilikdə isə bu ilin yanvar-fevral aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən 1 milyard 704 milyon 408,42 min ABŞ dolları dəyərində 3 milyon 600 min 307,38 ton xam neft və neft məhsulları ixrac edib.

Eyni zamanda, ölkənin xarici ticarət dövriyyəsi 6 milyard 264 milyon ABŞ dolları təşkil edib. Bunun 3 milyard 665 milyon dolları ixracın, 2 milyard 599 milyon dolları isə idxalın payına düşüb.

Aylin Bayraməliyeva



Paylaş
Şərh əlavə et