Bu gün:

SOCAR Gürcüstanda tələbələr üçün İş və Təhsil Proqramı elan edib


Azərbaycan Dövlət Neft Şirkətinin Gürcüstandakı törəmə müəssisəsi tələbələr üçün yeni imkan yaradan proqram təqdim edib.

SOCAR şirkətinin loqosu


24Media.az “Report”a istinadən xəbər verir ki, “SOCAR Georgia Petroleum” şirkəti gənclərin məşğulluğunu və təhsilini dəstəkləmək məqsədilə İş və Təhsil Proqramını elan edib.

Məlumata görə, proqram çərçivəsində tələbələr həm iş təcrübəsi qazanmaq, həm də təhsilləri üçün maliyyə dəstəyi əldə etmək imkanı qazanacaqlar.

Proqramda iştirak üçün namizədlərin dövlət və ya özəl ali təhsil müəssisələrində fəal tələbə olması tələb olunur. İştirakçılar SOCAR-ın yanacaqdoldurma məntəqələrində operator və ya baş operator kimi çalışaraq praktiki bacarıqlarını inkişaf etdirə biləcəklər.

Qeyd olunub ki, təşəbbüsün əsas məqsədi tələbələrin peşəkar və şəxsi inkişafını dəstəkləmək, onların motivasiyasını artırmaq və iş mədəniyyətini gücləndirməkdir. Şirkət Gürcüstanda gənclərin inkişafına yönəlmiş layihələri davam etdirməyi planlaşdırır.

Aylin Bayraəmliyeva



Paylaş
Şərh əlavə et