Bu gün:

Ərdoğanın sədrliyi ilə keçiriləcək iclasda Hörmüz boğazı müzakirə olunacaq


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə martın 24-də Beştəpədə keçiriləcək Nazirlər Kabinetinin iclasında regiondakı son proseslər gündəmdə olacaq.


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclas zalı


24Media.az “Report”a istinadən xəbər verir ki, “Hurriyet”in yaydığı məlumata görə, toplantıda xüsusilə Hörmüz boğazındakı vəziyyət və qlobal enerji bazarına təsirlər müzakirə ediləcək.

Bildirilib ki, iclasın əsas mövzularından biri Yaxın Şərqdə davam edən müharibə və onun Türkiyəyə mümkün təsirləri olacaq. Eyni zamanda, İrandan atılan və Türkiyənin hava məkanına yönələn raketlərlə bağlı görülən tədbirlər də qiymətləndiriləcək.

Məlumata görə, toplantıda ölkənin mövcud müdafiə infrastrukturu nəzərdən keçiriləcək və əlavə tədbirlərin görülməsi zərurəti müzakirə olunacaq.

Bundan başqa, Hörmüz boğazının bağlanması ehtimalının qlobal enerji tədarükünə təsiri, eləcə də artan neft qiymətlərinin daxili bazara mümkün təsirləri və qiymət sabitliyinin qorunması üçün atılacaq addımlar da gündəlikdə yer alıb.

Aylin Bayraməliyeva



Paylaş
Şərh əlavə et