Bu gün:

Simonyan: Ermənistanın qonşulara qarşı ərazi iddiaları olmamalıdır


Ermənistan regionda sülh və sabitliyin qorunması üçün qonşu ölkələrə qarşı hər hansı ərazi iddialarından imtina etməlidir.

Ermənistan parlamentinin sədri Alen Simonyan 

24Media.az Report-a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, regionda elə münasibətlər qurulmalıdır ki, heç bir ölkə digərinə hücum etməyi düşünməsin: “Ermənistanın heç vaxt qonşularına qarşı ərazi iddiaları olmamalıdır. Regionumuzda sülhü təmin etmək və müharibənin qarşısını almaq üçün əlimizdən gələn hər şeyi etməliyik”.

Spiker əlavə edib ki, ölkədə yeni konstitusiyanın qəbul edilməsi yalnız Ermənistanın milli maraqları ilə bağlıdır. Onun sözlərinə görə, ölkə elə bir konstitusiyada maraqlıdır ki, bu sənəd Ermənistanı region üçün təhdid kimi göstərməsin.

Aylin Bayraməliyeva



Paylaş
Şərh əlavə et