Bu gün:

Səfir: Pakistanı bütün beynəlxalq platformalarda dəstəklədiyinə görə Azərbaycana təşəkkür edirik


“Bu gün Pakistan üçün çox mühüm, pakistanlıları birləşdirən gündür. Martın 23-də biz suverenlik əldə etmişik və hər il bu günü ehtiramla qeyd edirik”.

Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin
24media.az APA-ya istinadən xəbər verir ki, bu sözləri Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin Bakıda Pakistan Gününə həsr olunmuş tədbirdə deyib.


Səfir qeyd edib ki, Pakistan terrorizmə qarşı mübarizəni qətiyyətlə davam etdirəcək və ölkənin təhlükəsizliyinin təmin olunması üçün bütün zəruri addımlar atılacaq.


O, həmçinin Kəşmir məsələsinə toxunaraq bildirib ki, bölgədə yaşayan insanlar hələ də insan hüquqları pozuntularından əziyyət çəkir. Diplomat beynəlxalq ictimaiyyəti bu məsələdə həmrəy olmağa çağırıb.


Səfir, Kəşmir məsələsində Pakistanı bütün beynəlxalq platformalarda dəstəklədiyinə görə Azərbaycana təşəkkür edib.

Fidan Ağayeva

Paylaş
Şərh əlavə et