Fevralın 28-i saat 08:00-dan martın 23-ü saat 10:00-dək İran İslam Respublikasından Azərbaycana ümumilikdə 2949 nəfər təxliyə edilib.

24media.az APA-ya istinadən xəbər verir ki, təxliyə olunanların 488 nəfəri Azərbaycan vətəndaşıdır.
Məlumata görə, təxliyə edilənlər arasında 722 nəfər Çin, 325 nəfər Rusiya, 198 nəfər Banqladeş, 187 nəfər Tacikistan, 162 nəfər Hindistan, 148 nəfər Pakistan, 80 nəfər Oman, 68 nəfər İndoneziya, 54 nəfər İran, 44 nəfər İtaliya, 30 nəfər Əlcazair, 26 nəfər İspaniya, 23 nəfər Almaniya, 22 nəfər Kanada, 19 nəfər Fransa, 18 nəfər Səudiyyə Ərəbistanı, 18 nəfər Yaponiya, 17 nəfər Gürcüstan, 15 nəfər Özbəkistan, 13 nəfər Polşa, 13 nəfər İsveçrə, 13 nəfər Nigeriya, 12 nəfər Macarıstan, 12 nəfər Bəhreyn, 11 nəfər Qazaxıstan, 11 nəfər Meksika, 11 nəfər ABŞ, 10 nəfər Böyük Britaniya, 10 nəfər Belarus, 10 nəfər Bolqarıstan, 10 nəfər Konqo Demokratik Respublikası, 8 nəfər Braziliya, 8 nəfər Sudan, 6 nəfər Birləşmiş Ərəb Əmirlikləri, 6 nəfər Slovakiya, 6 nəfər Belçika, 6 nəfər Rumıniya vətəndaşı var.
Bundan əlavə, təxliyə edilənlər arasında Serbiya, Çexiya, İsveç, Əfqanıstan, Avstraliya, Avstriya, Vyetnam və Yunanıstan vətəndaşlarının hərəsindən 5 nəfər, İordaniya, Filippin, Türkiyə, Ukrayna, Şri-Lanka, Küveyt, Finlandiya və Niderland vətəndaşlarının hərəsindən 4 nəfər, Qətər, Xorvatiya, Danimarka və Norveç vətəndaşlarının hərəsindən 3 nəfər, Nepal, Livan, Yəmən, Qırğızıstan, Kipr, Myanma və Sloveniya vətəndaşlarının hərəsindən 2 nəfər yer alıb.
Həmçinin Tunis, Cənubi Afrika Respublikası, Maldiv adaları, Kuba, Vatikan, Argentina, Bosniya və Herseqovina, Latviya, Misir, Beliz və Dominikan Respublikası vətəndaşlarının hərəsindən 1 nəfər İrandan Azərbaycana təxliyə olunub.
Fidan Ağayeva
