Dünya bazarlarında qızılın qiyməti son həftələrdə ilk dəfə əhəmiyyətli şəkildə geriləyib.
Sıra ilə düzülmüş qızıl külçələri
24Media.az “Report”a istinadən xəbər verir ki, “Comex” birjasında 2026-cı ilin aprel ayında çatdırılma üçün qızıl fyuçerslərinin qiyməti fevralın 2-dən bəri ilk dəfə troya unsiyası üçün 4450 dollardan aşağı düşüb.
Məlumata görə, Bakı vaxtı ilə saat 02:03-də qızılın qiyməti 4449 dollar təşkil edib ki, bu da 0,96 % azalma deməkdir.
Daha sonra, saat 03:00-a qədər qiymətlərdə eniş tempi zəifləyib və qızıl troya unsiyası üçün 4504,5 dollar səviyyəsində ticarət olunub. Bu zaman azalma 0,09 % təşkil edib.
Aylin Bayraməliyeva
