Bu gün:

Azərbaycandan Rusiyaya pul köçürmələri azalıb


2025-ci ildə Azərbaycandan Rusiyaya fiziki şəxslərin pul köçürmələrinin həcmi əvvəlki illə müqayisədə azalıb.

Dəst-dəst yığılmış 100 ABŞ dolları əskinasları


24Media.az “Report”a istinadən xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının məlumatına görə, ötən il Azərbaycandan Rusiyaya kapital xarakterli əməliyyatlar nəzərə alınmadan 46 milyon 375 min ABŞ dolları köçürülüb. Bu, 2024-cü illə müqayisədə 20 % azdır.

Hesabat dövründə Rusiyaya göndərilən pul vəsaitlərinin ümumi köçürmələrdə payı da 11 %-dən 9,2 %-ə enib.

Eyni zamanda, Rusiyadan Azərbaycana daxil olan pul köçürmələri də azalma nümayiş etdirib. Belə ki, 2025-ci ildə bu istiqamətdə 479 milyon 263 min ABŞ dolları vəsait göndərilib ki, bu da illik müqayisədə 3,5 % azdır. Bu köçürmələrin ümumi pul baratlarında payı isə 45,9 %-dən 40,7 %-ə düşüb.

Qeyd edək ki, ümumilikdə ötən il Azərbaycana xaricdən 1 milyard 176 milyon 992 min ABŞ dolları, Azərbaycandan xaricə isə 505 milyon 139 min ABŞ dolları pul köçürülüb. Bu göstəricilər əvvəlki illə müqayisədə müvafiq olaraq 8,7 % artım və 4,1 % azalma deməkdir.

Aylin Bayraməliyeva



Paylaş
Şərh əlavə et