Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubda iki ölkə arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb.
Çin Xalq Respublikasının Sədri Si Cinpin
24Media.az “Report”a istinadən xəbər verir ki, məktubda Çin və Azərbaycanın hərtərəfli strateji tərəfdaş olduğu qeyd olunub.
Si Cinpin bildirib ki, son illərdə iki ölkə arasında qarşılıqlı siyasi etimad daha da möhkəmlənib və müxtəlif sahələrdə əməkdaşlıq dinamik şəkildə inkişaf edir.
O, həmçinin Çin-Azərbaycan münasibətlərinin inkişafına böyük əhəmiyyət verdiyini vurğulayıb.
Aylin Bayraməliyeva
