Bu gün:

Moskvanın mərkəzində yanğın baş verib


Moskvanın mərkəzində yerləşən yaşayış binasında yanğın baş verib. Hadisə nəticəsində ölən və yaralananların olduğu bildirilir.

24media.az APA-nın Rusiya bürosuna istinadən xəbər verir ki, Nikoloyamskaya küçəsində baş verən yanğın zamanı üç nəfər həlak olub, dörd nəfər isə xəsarət alıb.

Rusiya İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsinin məlumatına görə, hadisənin ilkin səbəbi odla ehtiyatsız davranma olub. Hüquq-mühafizə orqanlarındakı mənbə yanğının mənzildə siqaret çəkilməsi nəticəsində baş verdiyini bildirib.

Məlumata görə, sirk artisti Yevgeni Çernov evdə oturarkən siqaret çəkib və yuxuya getdiyi üçün yanğın baş verib.


Arzu Qafarova

Paylaş
Şərh əlavə et