İsrailin Baş naziri Benjamin Netanyahu ABŞ prezidenti Donald Trampın-ın İrana qarşı səsləndirdiyi ultimatumdan sonra açıqlama verərək Tehrana münasibətdə mövqeyini bir daha sərtləşdirib.

APA | İsrailin Baş naziri Benyamin Netanyahu
24media.az APA-ya istinadən xəbər verir ki,Fox News-un məlumatına görə, Netanyahu çıxışında İranın hərbi və raket imkanlarının artdığını vurğulayıb. O bildirib ki, bu təhlükə təkcə İsrail üçün deyil, bütün region və Qərb dünyası üçün ciddi risk yaradır. Baş nazir İranın addımlarına qarşı daha qəti tədbirlərin görülməsinin vacibliyini qeyd edib.
Açıqlama Trampın İrana Hörmüz boğazını açmaq üçün 48 saat vaxt verməsi və əks halda enerji infrastrukturunu məhv etməklə hədələməsindən sonra səsləndirilib.
Netanyahu həmçinin bildirib ki, İsrail İranın hərbi obyektlərinə qarşı əməliyyatlarını davam etdirəcək və ölkənin təhlükəsizliyini təmin etmək üçün bütün zəruri addımlar atılacaq.
Hazırda ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi əməliyyatlar fonunda regionda gərginlik daha da artıb. Qarşılıqlı hücumlar, xüsusilə enerji və hərbi obyektlərin hədəfə alınması qlobal təhlükəsizlik və enerji bazarları üçün ciddi risklər yaradır.
Fidan Ağayeva
