Bu gün:

Ucarda yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alan var


Uçar rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

24media.az APA-nın yerli bürosuna istinadən xəbər verir ki,hadisə rayonun Təzə Şilyan kəndi ərazisində baş verib. Belə ki, Alpout kənd sakini, 1995-ci il təvəllüdlü Təbriz Abbasovun idarə etdiyi “Hyundai Santa Fe” markalı avtomobil ilə Balakən rayonunun Katex kənd sakini, 1981-ci il təvəllüdlü Kamran Əbəciyevin idarə etdiyi “Opel Astra” markalı avtomobil toqquşub.


Qəza nəticəsində “Hyundai Santa Fe”nin sərnişini, Alpout kənd sakini, 1960-cı il təvəllüdlü Əminə Rzayeva xəsarət alıb.


Yaralıya tibbi yardım göstərilib.


Faktla bağlı araşdırma aparılır.

Fidan Ağayeva

Paylaş
Şərh əlavə et