Bu gün:

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib


Gəncə şəhərində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

24media.az APA-ya istinadən xəbər verir ki, şəhər ərazisində hərəkətdə olan iki avtomobil toqquşub. Qəza nəticəsində 1956-cı il təvəllüdlü Ə. Məmmədov və daha bir nəfər xəsarət alıb.


Yaralılar dərhal xəstəxanaya çatdırılıb və onlara tibbi yardım göstərilib.


Faktla bağlı araşdırma aparılır.

Fidan Ağayeva


Paylaş
Şərh əlavə et