Novruz və Ramazan bayramları ilə əlaqədar ölkə üzrə bütün avtovağzal və avtostansiyalar gücləndirilmiş iş rejiminə keçib.
Bakı Beynəlxalq Avtovağzal Kompleksində dayanmış müasir, ağ rəngli sərnişin avtobusu
24Media.az “Report”a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib.
Məlumata görə, martın 19-21-də Bakı Beynəlxalq Avtovağzal Kompleksindən ümumilikdə 1 080 reys həyata keçirilib və 38 613 sərnişin təhlükəsiz şəkildə mənzil başına çatdırılıb. Bu göstərici son illərin rekordu hesab olunur.
Artan sərnişin tələbatını qarşılamaq məqsədilə adi günlərlə müqayisədə əlavə 400-dən çox reys təşkil edilib.
Qeyd olunub ki, sərnişinlərin təxminən 60 %-i biletlərini onlayn şəkildə “biletim.az” portalı vasitəsilə əldə edib. Agentlik vətəndaşlara rahatlıq və təhlükəsizliyin təmin olunması üçün biletləri əvvəlcədən onlayn almağı tövsiyə edir.
Aylin Bayraməliyeva
