Bu gün:

İrandan Azərbaycana indiyədək 76 ölkənin 2 921 vətəndaşı təxliyə olunub


İrandan fevralın 28-dən martın 22-dək olan müddətdə Azərbaycana minlərlə şəxsin təxliyəsi həyata keçirilib.

Sərhəd keçid məntəqəsində təxliyə olunan şəxslər üçün təşkil edilmiş qida masası və onların qarşılanma prosesi


24Media.az “Report”a istinadən xəbər verir ki, bu müddət ərzində ümumilikdə 2 921 nəfər Azərbaycana gətirilib. Onlardan 486 nəfəri Azərbaycan vətəndaşıdır.

Təxliyə olunanlar arasında müxtəlif ölkələrin vətəndaşları da yer alır. Belə ki, Çindən 722, Rusiyadan 323, Banqladeşdən 198, Tacikistandan 187, Pakistandan 148, Hindistandan 142, Omandan 80, İndoneziyadan 68, İrandan 53 nəfər təxliyə edilib.

Bundan əlavə, İtaliya, Əlcəzair, İspaniya, Almaniya, Kanada, Fransa, Səudiyyə Ərəbistanı, Yaponiya, Gürcüstan, Özbəkistan, Polşa, İsveçrə, Nigeriya, Macarıstan, Bəhreyn, Qazaxıstan, Meksika və ABŞ daxil olmaqla onlarla ölkənin vətəndaşları da təxliyə olunanlar arasındadır.

Eyni zamanda, Serbiya, Çexiya, İsveç, Əfqanıstan, Avstraliya, Avstriya, Yunanıstan, İordaniya, Filippin, Türkiyə, Ukrayna, Şri-Lanka, Küveyt, Finlandiya, Niderland, Qətər, Xorvatiya, Danimarka, Norveç və digər ölkələrin vətəndaşları da bu proses çərçivəsində Azərbaycana gətirilib.

Həmçinin Tunis, Cənubi Afrika Respublikası, Maldiv adaları, Kuba, Vatikan, Argentina, Bosniya və Herseqovina, Latviya, Misir, Beliz və Dominika kimi ölkələrin hər birindən 1 nəfər də təxliyə olunanlar siyahısında yer alıb.

Aylin Bayraməliyeva



Paylaş
Şərh əlavə et