Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Gürcüstanın katolikos-patriarxı II İliyanın dəfn mərasimində iştirak etmək üçün Tbilisiyə səfər edib.
Milli Məclisin sədri Sahibə Qafarovanın Gürcüstanın rəsmi nümayəndəsi tərəfindən qarşılanma anı
24Media.az “Report”a istinadən xəbər verir ki, nümayəndə heyətinin tərkibində Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə və Baş nazirin müavini Samir Şərifov da yer alır.
Səfər çərçivəsində nümayəndə heyəti Azərbaycan xalqının dərin hüzn və ehtiramını gürcü xalqına çatdıracaq.
Qeyd edək ki, II İliya martın 17-də 93 yaşında vəfat edib. Onun vəfatı ilə əlaqədar Gürcüstanda matəm elan olunub.
Vida mərasimi Müqəddəs Üçlük Katedralından Sioni Katedralına qədər yürüşlə davam edəcək. Patriarx bu gün saat 15:00-da Sioni Katedralında dəfn olunacaq.
Aylin Bayraməliyeva
