Bu gün:

Londonda azərbaycanlı şagirdlər üçün Novruz şənliyi keçirilib


Böyük Britaniyada fəaliyyət göstərən Avropa Azərbaycan Məktəbinin şagirdləri üçün Novruz bayramına həsr olunmuş tədbir təşkil edilib.

Avropa Azərbaycan Məktəbinin şagirdləri üçün Novruz bayramına həsr olunmuş tədbir

24Media.az “Report”a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyinin “X” sosial şəbəkəsindəki paylaşımında məlumat verilib.

Bildirilib ki, tədbir çərçivəsində məktəbin istedadlı şagirdləri müxtəlif musiqili proqramlarla çıxış ediblər. Eyni zamanda onların hazırladıqları əl işləri də nümayiş olunub.

Aylin Bayraməliyeva



Paylaş
Şərh əlavə et