Bu gün:

İngiltərədə pulsuz elektron siqaretlər paylanacaq


İngiltərədə tütün məmulatlarını tərgitmək istəyənlərə pulsuz elektron siqaretlər paylanacaq. Siqareti dayandırmaq şərti ilə hamilə qadınlara da 400 funt sterlinq veriləcək. Plan yaxın günlərdə ictimaiyyətə açıqlanacaq.

Digər tərəfdən, paketdə olan siqareti buraxmaq məqsədilə tövsiyələrin daxil edilməsinə görə siqaret istehsalçıları ilə danışıqlar aparılacaq. Həmçinin, bu tədbir yetkinlik yaşına çatmayanlara qanunsuz elektron siqaret satışının qarşısının alınması məqsədi daşıyır. Böyük Britaniya hökuməti 2030-cu ilə qədər ölkədə siqaret çəkənlərin sayını 5 faizə endirməyi hədəfləyir.

Hökumət elan etdi ki, İngiltərədə təxminən hər beş siqaret çəkəndən biri psixoloji dəstəklə birlikdə siqareti buraxma dəsti alacaq.


Mənbə: BBC News Türk

Səadət Quliyeva

Paylaş
Şərh əlavə et