ABŞ,İsrail və İran arasında davam edən müharibənin daha da uzana biləcəyi bildirilir.

APA | Hakan Fidan, Türkiyə xarici işlər naziri
24media.az APA-ya istinadən xəbər verir ki,bu fikirləri Hakan Fidan “Star” qəzetinə müsahibəsində səsləndirib. O qeyd edib ki, Körfəz ölkələri münaqişənin daha iki-üç həftə davam edəcəyini ehtimal edir.
Nazirin sözlərinə görə, prosesdə əsas müəyyənedici faktor ABŞ-ın mövqeyi olacaq: “İsrail ABŞ-a təsir göstərməyə çalışacaq və atəşkəsə və ya qısa müddətdə sülhün əldə olunmasına mane olmaq istəyə bilər”.
Hakan Fidan əlavə edib ki, ABŞ və İsrailin ilkin mövqeləri arasında fərqlərin artdığına dair qiymətləndirmələr çoxalır. Onun fikrincə, bu vəziyyət müharibənin daha da uzanmasına səbəb ola bilər.
Fidan Ağayeva
