İran,ABŞ-ın Xark adasını ələ keçirməyə cəhd edəcəyi təqdirdə buna “bənzəri olmayan” şəkildə cavab verəcəyini bildirib.

Xark adası-APA
24media.az APA-ya istinadən xəbər verir ki,bu barədə “Tasnim” agentliyi məlumat yayıb. Bildirilir ki, belə bir addım atılarsa, İranın müttəfiqləri Qırmızı dəniz və Bab-əl-Məndəb boğazı ətrafında qeyri-sabit vəziyyət yarada bilər. Bu isə regionda yerləşən ABŞ qüvvələrinin fəaliyyətini ciddi şəkildə çətinləşdirə bilər.
Qeyd edək ki, İran sahillərindən təxminən 30 kilometr məsafədə yerləşən Xark adası ölkənin xam neft ixracının əsas mərkəzi hesab olunur və ixracın təxminən 90 faizi məhz bu terminal vasitəsilə həyata keçirilir.
Fidan Ağayeva
