Bu gün:

Azərbaycanın Rusiyaya yatırdığı investisiyalar kəskin artıb


2025-ci ildə Azərbaycan tərəfindən Rusiyanın iqtisadiyyatına yönəldilən birbaşa investisiyalarda əhəmiyyətli artım qeydə alınıb.

Artım qrafiki və önündə müxtəlif hündürlükdə düzülmüş qızılı sikkə sütunları


24Media.az “Report”a istinadən xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının məlumatına görə, ötən il Azərbaycandan Rusiyaya 52 milyon 776 min ABŞ dolları həcmində birbaşa investisiya yatırılıb. Bu göstərici 2024-cü illə müqayisədə 2,8 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycanın Rusiyaya investisiyalarının ümumi investisiyalarda payı 1,1 %-dən 2,1 %-ə yüksəlib.

Eyni zamanda, Rusiya tərəfindən Azərbaycan iqtisadiyyatına yatırılan birbaşa investisiyalar da artıb. Belə ki, 2025-ci ildə bu göstərici 267 milyon 805 min ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 14,2 % çoxdur. Rusiyanın ümumi investisiyalardakı payı isə 3,3 %-dən 4,1 %-ə qalxıb.

Qeyd edək ki, ötən il Azərbaycandan xaricə yönəldilmiş birbaşa investisiyaların ümumi həcmi 6 milyard 595 milyon 296 min ABŞ dolları (6,4 % azalma), ölkəyə cəlb edilmiş xarici investisiyalar isə 2 milyard 528 milyon 104 min ABŞ dolları (43,4 % artım) təşkil edib.

Aylin Bayraməliyeva



Paylaş
Şərh əlavə et