Bu gün:

İsrail HHQ Beyrutda “Hizbullah” mövqelərinə zərbələr endirib


İsrail ordusu Livan ərazisində “Hizbullah”a qarşı əməliyyatlarını davam etdirir və həm hava, həm də quru hücumları həyata keçirib.

Livanın yaşayış məntəqələri üzərində İsrail ordusunun hava zərbələri nəticəsində yaranmış nəhəng tüstü və toz dumanı


24Media.az “Report”a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, İsrail Hərbi Hava Qüvvələri hərbi kəşfiyyatın dəstəyi ilə Beyrutda “Hizbullah”ın qərargahlarına zərbələr endirib.

Məlumata görə, gecə saatlarında Livanın cənubunda keçirilən quru əməliyyatı zamanı 91-ci diviziyanın komandanlığı altında fəaliyyət göstərən “Givati” briqadasının hərbçiləri “Hizbullah”ın silahlılarını aşkar ediblər. Əməliyyat zamanı bir nəfər öldürülüb.

Daha sonra İsrail HHQ-yə məxsus təyyarə hərbçilərə atəş açan bir neçə döyüşçünü hədəfə alıb. Bundan əlavə, tank atəşi nəticəsində daha üç silahlının öldürüldüyü bildirilib.

İsrail ordusunun açıqlamasına əsasən, əməliyyat zamanı hərbçilər arasında itki qeydə alınmayıb.

Aylin Bayraməliyeva



Paylaş
Şərh əlavə et