Bu gün:

Pezeşkian: İran qonşuları ilə münaqişəyə can atmır


Tehran İslam ölkələri və regiondakı qonşu dövlətlərlə qarşıdurma istəmədiyini bəyan edib və münasibətlərin qorunmasının vacibliyini vurğulayıb.

İran Prezidenti Məsud Pezeşkian

24Media.az “Report”a istinadən xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian “X” sosial şəbəkəsində paylaşım edib. O, İslam ölkələrinə və qonşu dövlətlərə müraciət edərək onların İran üçün qardaş ölkələr olduğunu bildirib və rəsmi Tehranın heç bir halda münaqişəyə can atmadığını qeyd edib.

Pezeşkian əlavə edib ki, Yaxın Şərq ölkələri arasında yaranan ixtilaflar yalnız üçüncü tərəflərin maraqlarına xidmət edir. Onun sözlərinə görə, bu cür qarşıdurmalardan ən çox fayda götürən tərəf İsraildir.

Aylin Bayraməliyeva



Paylaş
Şərh əlavə et