Bu gün:

Qrossi: İranın nüvə təcrübəsi məhv edilə bilməz


İranın nüvə obyektlərinə qarşı həyata keçirilən hərbi əməliyyatlar ciddi dağıntılara səbəb olsa da, ölkənin texniki bilik və imkanlarını tam aradan qaldırmaq mümkün deyil.

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin direktoru Rafael Qrossi

24Media.az “Report”a istinadən xəbər verir ki, bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin direktoru Rafael Qrossi bildirib. Onun sözlərinə görə, ən vacib məqamlardan biri İranın 60 faizlik saflaşdırılan uran ehtiyatının hələ də qorunub saxlanılmasıdır.

Qrossi qeyd edib ki, mövcud vəziyyət tərəfləri yenidən danışıqlar masasına qayıtmağa məcbur edəcək: “Davamlı və uzunmüddətli həll üçün ABŞ və İranın iştirakı vacibdir. Agentlik bu prosesə dəstək verə bilər. Ola bilsin ki, Omanın vasitəçilik səyləri yenidən aktivləşsin, lakin bu, siyasi müzakirə mövzusudur”.


Aylin Bayraməliyeva



Paylaş
Şərh əlavə et