Red Wings Airlines (Rusiya aviaşirkəti) təyyarədə heyvanların qonşu oturacaqda daşınmasına icazə verib. Bu barədə aviaşirkətin mətbuat xidməti məlumat yayıb.

Təyyarədə olan it, garfield
Təyyarənin salonunda heyvanın daşınması üçün daşıyıcı konteynerlə birlikdə çəkisi 23 kq-dan artıq olmamalı, ölçüləri isə 50×40×40 sm-dən çox olmamalıdır. Heyvan olan konteyner yalnız pəncərə kənarındakı oturacaqda yerləşdirilə bilər. Aviaşirkətin tələblərinə görə, heyvan konteynerin içində sərbəst şəkildə ayağa qalxa və tam dönə bilməlidir.
Aviaşirkətdən bildirilib ki, heyvan üçün əlavə yer böyüklər üçün nəzərdə tutulmuş tarif üzrə ödənilir. Bu yer əvvəlcədən aviaşirkətin koll-mərkəzi və ya tərəfdaş agentliklər vasitəsilə bron edilə bilər.
Mənbə: expert
Tərcümə etdi: Aysel Mehtizadə
