Bu gün:

Cerard “Qalatasaray”ı sərt tənqid edib: Biabırçı oyun göstərdilər


“Liverpul”un əfsanəvi futbolçusu Stiven Cerard Çempionlar Liqasının 1/8 finalında keçirilən “Liverpul” – “Qalatasaray” (4:0) oyunu ilə bağlı sərt açıqlama verib.

"Liverpul"un əfsanəvi keçmiş oyunçusu Stiven Cerard


24media.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, Türkiyə təmsilçisinin çıxışını kəskin tənqid edib.

Cerard bildirib ki, azarkeşlər dinamik oyun izləmək istəsə də, “Qalatasaray” futbolçuları meydanda zəif və təsirsiz çıxış ediblər: “Onlar ilk dəqiqədən son dəqiqəyə qədər biabırçı idilər. Ümumi oyun çox zəif, hətta acınacaqlı idi. Futbolçuların davamlı şəkildə özlərini yerə atması vəziyyəti daha da pisləşdirirdi”.

O qeyd edib ki, rəqib komandanın bəzi oyunçuları heç bir təmas olmadan yerə uzanırdı və bu da oyunun tempini aşağı salırdı. Cerardın sözlərinə görə, “Qalatasaray” ilk hissədə demək olar ki, çox az futbol oynayıb və bunun nəticəsində qapısında qollar görüb.

Əfsanəvi futbolçu əlavə edib ki, hesab daha böyük də ola bilərdi və “Liverpul” bu qələbəni çox rahat əldə edib.

Aylin Bayraməliyeva



Paylaş
Şərh əlavə et