Bu gün:

1/8 finalda qol yağışı: 16 oyunda 68 qol vuruldu


Çempionlar Liqasının 1/8 final mərhələsi yüksək məhsuldarlıqla yadda qalıb.

"Barselona" futbolçularının vurduqları qolu qeyd etdikləri an


24media.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, keçirilən 16 oyunda ümumilikdə 68 qol vurulub.

Mərhələnin əksər qarşılaşmaları böyük hesablarla başa çatıb. “Bavariya” – “Atalanta” cütlüyündə ümumilikdə 12, PSJ – “Çelsi” qarşılaşmalarında 10, “Atletiko” – “Tottenhem” duelində isə 12 qol qeydə alınıb.

Bundan başqa, “Barselona” – “Nyukasl” oyunlarında 11, “Sportinq” – “Budyo Qlimt” matçlarında 8, “Real” – “Mançester Siti” qarşılaşmalarında 6 qol vurulub.

“Liverpul” – “Qalatasaray” cütlüyündə 5, “Arsenal” – “Bayer” duelində isə ümumilikdə 4 qol qeydə alınıb.

Qeyd edək ki, mərhələdə bol qollu oyunlar azarkeşlərə maraqlı və dinamik qarşılaşmalar izləmək imkanı yaradıb.

Aylin Bayraməliyeva



Paylaş
Şərh əlavə et