Bu gün:

“Qlobal Pul Həftəsi” çərçivəsində tələbələr üçün maliyyə təlimi keçirilib


“Rabitəbank” ölkədə maliyyə savadlılığının inkişafına yönəlmiş fəaliyyətini davam etdirərək, 16–22 mart tarixlərində keçirilən “Qlobal Pul Həftəsi 2026” çərçivəsində növbəti maarifləndirici layihəsini həyata keçirib.

"Rabitəbank"ın yaşıl rəngli loqosu və adı


24Media.az və APA-ya istinadən xəbər verir ki, bankın təşəbbüsü ilə Azərbaycan Dövlət İqtisad Universitetində tələbələr üçün “Puldan danışaq!” devizi altında xüsusi təlim təşkil olunub. Təlim zamanı iştirakçılara şəxsi büdcənin planlaşdırılması, qənaət və investisiya vərdişləri, maliyyə təhlükəsizliyi və gündəlik maliyyə qərarlarının uzunmüddətli təsirləri barədə praktiki məlumatlar təqdim edilib. Layihənin əsas məqsədi gənclərin maliyyə dünyasına daha şüurlu yanaşmasını təmin etmək və gələcək iqtisadi qərarlarında daha savadlı seçimlər etmələrinə dəstək olmaqdır.


Qeyd olunub ki, “Qlobal Pul Həftəsi” 2012-ci ildən dünyanın 176-dan çox ölkəsində keçirilir və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Maliyyə Savadlılığı üzrə Beynəlxalq Şəbəkəsi (OECD/INFE) tərəfindən koordinasiya olunur. Azərbaycan Mərkəzi Bankı isə 2025-ci ildən etibarən bu şəbəkənin tamhüquqlu üzvüdür və ölkədə maliyyə savadlılığı təşəbbüslərinin genişləndirilməsinə töhfə verir.


Aylin Bayraməliyeva



Paylaş
Şərh əlavə et