Bu gün:

İranın kəşfiyyat naziri İsmayıl Xatibin öldürüldüyü açıqlanıb


İsrail Müdafiə Qüvvələri İranın kəşfiyyat naziri İsmayıl Xatibin gecə saatlarında Tehrana endirdikləri hava zərbəsi nəticəsində öldüyünü açıqlayıb.

İran parlamentində Seyid İsmayıl Xatib

24media.az "The Times of İsrael"ə istinadən bildirir ki, məlumatı çərşənbə günü İsrailin müdafiə naziri İsra­el Kats verib.

Bildirilib ki, Xatib son 24 saat ərzində öldürülən üçüncü yüksək rütbəli İran rəsmisi olub.

Kats təhlükəsizlik müşavirəsi zamanı bildirib ki, "bu gün bütün cəbhələrdə mühüm hərbi əməliyyatların olması gözlənilir və bunlar İranla, eləcə də Livanda yerləşən Hizbullaha qarşı apardığımız müharibəni daha da genişləndirəcək".

Bir neçə saat sonra İsrail İranın ən böyük qaz emalı müəssisəsi olan Buşəhr vilayəti ərazisində yerləşən kompleksə hücum həyata keçirib.

Qeyd edək ki, 2021-ci ildən kəşfiyyat naziri vəzifəsini icra edən İsmayıl Xatibin İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar tərəfindən paytaxt Tehranda hədəf alındığı bildirilib.

Aytac Musayeva



Paylaş
Şərh əlavə et