Bu gün:

Bakıda işıqforlardakı saniyəölçən tablolar niyə yığışdırılır?


Bakıda işıqforlarda saniyəölçən tabloların tədricən yığışdırılmasının səbəbi açıqlanıb.

Yol hərəkətini tənzimləyən işıqfor, "STOP" və istiqamət göstərən yol nişanları


24media.az “Report”a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib ki, aparılan təhlillər zamanı rəqəmli tablolar olan işıqforlarda bəzi sürücülərin qaydaları pozduğu müəyyən edilib.

Qeyd olunub ki, sürücülər yaşıl işığın sönməsinə az vaxt qaldıqda sürəti artıraraq kəsişmədən keçməyə çalışır, bu isə qəza riskini və piyadavurma hallarını artırır. Rəqəmli tablolar olmayan işıqforlarda isə bu cür hallar daha az müşahidə olunur.

Bildirilib ki, bu səbəbdən saniyəölçən tablolar mərhələli şəkildə yığışdırılır və bir çox inkişaf etmiş ölkələrdə də işıqforlarda bu sistemdən istifadə edilmir.

Aylin Bayraməliyeva



Paylaş
Şərh əlavə et