Bu gün:

Naxçıvanda Çanaqqala Zəfərinin ildönümü qeyd olunub


Naxçıvan şəhərində 18 Mart – Çanaqqala Zəfərinin 111-ci ildönümü münasibətilə anım tədbiri keçirilib.

Çanaqqala Zəfərinin ildönümü münasibətilə keçirilən anım mərasimi


24media.az “Report”un yerli bürosuna istinadən xəbər verir ki, Naxçıvanın Şəhidlər xiyabanında təşkil olunan mərasimdə Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kaya, Xarici İşlər Nazirliyinin muxtar respublikadakı idarəsinin rəisi Vüsal Ələkbərli, rəsmi şəxslər, hərbçilər, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

Mərasim zamanı Çanaqqala döyüşlərində və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hər iki ölkənin dövlət himnləri səsləndirilib. Daha sonra türk şəhidlərinin xatirəsinə ucaldılmış abidə önünə əklil və gül dəstələri qoyulub, Qurani-Kərimdən ayələr oxunub və dualar edilib.

Tədbirin sonunda Naxçıvanda təhsil alan türkiyəli tələbələrin ifasında bədii kompozisiya təqdim olunub.

Aylin Bayraməliyeva



Paylaş
Şərh əlavə et