Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevin ailəsini şantaj edən şəxsin saxlanılması ilə bağlı yeni detallar açıqlanıb.
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin inzibati binası
24media.az “Report”un “İTV”yə istinadən məlumatına görə, saxlanılan şəxsin telefonunda aşkar edilən görüntülərin 18+ saytlardan götürüldüyü müəyyən edilib.
Materialda bildirilir ki, kadrlarda yer alan qadın bu tip platformalarda “Amber Lulu” ləqəbi ilə tanınır və onun kimliyi istintaqa məlumdur. Qeyd olunur ki, Alena Əliyevaya qarşı aparılan kampaniya saxta materiallar əsasında qurulub.
Bununla yanaşı, saxlanılan şəxsin telefonunda müəyyən audioyazıların da olduğu bildirilib. Həmin yazılarda məsələnin təşkilinə və yayılmasına dair bəzi məqamların müzakirə edildiyi qeyd olunur.
Məlumatda vurğulanır ki, bu cür şantaj xarakterli materialların yayılması cəmiyyət üçün ciddi təhlükə yaradır və xüsusilə qadınlara qarşı belə halların yolverilməz olduğu qeyd edilir.
Aylin Bayraməliyeva
