Bu gün:

Azərbaycanda ödənişli atalıq məzuniyyəti ilə bağlı yeni detallar açıqlanıb


Azərbaycanda ödənişli atalıq məzuniyyəti ananın analıq məzuniyyətində olub-olmamasından asılı olmayaraq verilir.

Atanın yenidoğulmuş körpəsini səmimiyyətlə qucağına alaraq bağrına basması


24media.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.

Qeyd olunub ki, atalıq məzuniyyəti uşağın doğulmasından əvvəlki və sonrakı dövrləri əhatə edir və məzuniyyət günlərindən ən azı biri doğum tarixinə təsadüf etməlidir.

Məlumata görə, artıq 85 işəgötürən tərəfindən 100-dən çox işçiyə uşağın doğulması ilə əlaqədar 14 təqvim günü müddətində ödənişli atalıq məzuniyyəti verilib.

Bildirilib ki, bu məzuniyyətin rəsmiləşdirilməsi işəgötürən tərəfindən ƏƏSMN-in “Əmək və Məşğulluq” altsistemi (ƏMAS) üzərindən elektron qaydada həyata keçirilir. Bu məqsədlə sistemə cari ilin yanvar ayında yeni funksionallıq əlavə olunub.

Xatırladaq ki, qanunvericiliyə edilən dəyişikliklərə əsasən kişilərə uşağın doğulması ilə bağlı tibb müəssisəsinin arayışı əsasında 14 təqvim günü ödənişli məzuniyyət verilir.

Aylin Bayraməliyeva



Paylaş
Şərh əlavə et