Bu gün:

Fransa XİN rəhbəri: İrana müdaxilə regionu qeyri-sabitliyə sürükləyə bilər


İranda mümkün xarici hərbi müdaxilənin ciddi nəticələrə səbəb ola biləcəyi bildirilib.

Fransanın xarici işlər naziri Jan-Noel Barron


24media.az AZƏRTAC-a istinadən xəbər verir ki, Fransanın xarici işlər naziri Jan-Noel Barro Berlində keçirilən “Europa 2026” konfransında çıxışı zamanı belə bir müdaxilənin ölkənin parçalanmasına, regionda qeyri-sabitliyin artmasına, miqrasiya dalğalarına və terrorizmin güclənməsinə yol aça biləcəyini deyib.

Nazir qeyd edib ki, Fransanın əsas prioritetləri regiondakı vətəndaşlarının və aktivlərinin təhlükəsizliyi, tərəfdaş ölkələrin qorunması və Hörmüz boğazında naviqasiya azadlığının təmin olunmasıdır. O, həmçinin Livan məsələsinin də gündəmdə mühüm yer tutduğunu vurğulayıb.

Barro Hörmüz boğazında təhlükəsizliyin artırılması üçün beynəlxalq naviqasiya missiyasının yaradılmasını təklif edib və bu təşəbbüsün Qırmızı dənizdə fəaliyyət göstərən Avropa ASPIDES missiyasına bənzər şəkildə həyata keçirilə biləcəyini bildirib.

Bundan başqa, o, ABŞ prezidenti Donald Trampın NATO müttəfiqlərinə yönəlmiş çağırışlarına da toxunaraq, Avropa ölkələrinin hərbi xərclərinin artırılmasının alyans daxilində Avropanın rolunu gücləndirmək üçün imkan yaratdığını qeyd edib.

Aylin Bayraməliyeva



Paylaş
Şərh əlavə et