Bu gün:

Regionlarda minlərlə uşaq tibbi müayinədən keçirilib


Fevral ayında Mingəçevir, Bərdə, İsmayıllı, Samux, Ağstafa və Xaçmaz rayonlarında ümumilikdə 18 440 uşaq ilkin tibbi müayinələrə cəlb edilib.

Həkimin xüsusi tibbi fənər vasitəsilə məktəblinin boğaz nahiyəsini müayinə etməsi prosesi


24media.az “Report”a istinadən xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, müayinələr çərçivəsində Mingəçevirdə 1939, Bərdədə 1207 və 1858, İsmayıllıda 1531, Samuxda 2426, Xaçmazda isə 9479 uşaq yoxlanışdan keçirilib.

Müayinələr zamanı xəstəlik aşkarlanan uşaqlar barədə məlumatlar məktəb rəhbərliyinə və valideynlərə təqdim olunub. Şagirdlərə daha geniş müayinələrdən keçmək və müalicəyə başlamaq üçün müvafiq tibb müəssisələrinə müraciət etmələri tövsiyə edilib.

Qeyd edək ki, icbari dispanserizasiyanın əsas məqsədi uşaqlar arasında xəstəliklərin erkən aşkarlanması, sağlamlıq imkanlarının məhdudlaşmasının və ölüm hallarının azaldılmasıdır.

Aylin Bayraməliyeva



Paylaş
Şərh əlavə et