2025-ci ildə Azərbaycanın nəqliyyat xidmətləri dövriyyəsinin dəyəri 5 milyard 383 milyon ABŞ dolları təşkil edib.
Bakı şəhərində Olimpiya Stadionu yaxınlığındakı müasir yol qovşağında nəqliyyat vasitələrinin intensiv hərəkəti
24media.az “Report”a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb. Bildirilir ki, bu göstərici 2024-cü illə müqayisədə 6,8 % artıb.
Məlumata görə, ötən il nəqliyyat xidmətləri üzrə ixrac 3 milyard 654,46 milyon ABŞ dolları təşkil edərək əvvəlki ilə nisbətən 15,4 % artıb, idxal isə 1 milyard 728,506 milyon dollar olub və 7,8 % azalıb. Nəticədə bu sahədə 1 milyard 925,954 milyon ABŞ dolları həcmində profisit yaranıb ki, bu da illik müqayisədə 49,1 % çoxdur.
Qeyd olunub ki, ümumi dəyəri 5,3 milyard dollar olan nəqliyyat xidmətlərinin 67,9 %-i qeyri-rezidentlərin Azərbaycanın nəqliyyat xidmətlərindən istifadəsi ilə bağlı olub.
Aylin Bayraməliyeva
