Bu gün:

Horovlu kəndinə daha 30 ailə köçürüldü


Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç mərhələsi çərçivəsində daha 30 ailə qayıdıb.

Cəbrayılın Horovlu kəndinə qayıdan sakinlər arasında səmimi görüş


24media.az “Report”un Qarabağ bürosuna istinadən xəbər verir ki, bu mərhələdə kəndə ümumilikdə 131 nəfər köçürülüb. Köçürülən ailələrə yeni tikilmiş evlərin açarları təqdim olunub və onların kənddə məskunlaşması təmin edilib.

Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərə əhalinin mərhələli şəkildə qayıdışı davam etdirilir və Horovlu kəndi də bu proses çərçivəsində yenidən sakinlərinə qovuşur.



Paylaş
Şərh əlavə et