Bu gün:

Əli Laricani hava zərbəsi nəticəsində öldürülüb


İranın Təhlükəsizlik Şurasının katibi Əli Laricani İsrail Hərbi Hava Qüvvələrinin həyata keçirdiyi hava zərbəsi nəticəsində öldürülüb.

İranın Ali Milli Təhlükəsizlik Şurasının keçmiş katibi Əli Laricaninin rəsmi


24media.az “Report”a istinadən xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrael Kats məlumat verib.

Nazirin sözlərinə görə, Baş qərargah rəisi ona Laricaninin və “Bəsic” təşkilatının rəhbərinin öldürüldüyünü bildirib.

Qeyd edək ki, Əli Laricani İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi olub və ölkənin nüvə proqramı, eləcə də xarici siyasət üzrə danışıqlarda mühüm rol oynayıb.

Aylin Bayraməliyeva



Paylaş
Şərh əlavə et