Bu ilin yanvar–fevral aylarında Azərbaycan 75 416 min ABŞ dolları dəyərində 103 614,61 ton neft məhsulları ixrac edib.

24media.az APA-ya istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsinin göstəriciləri əsasında aparılan hesablamalara görə, bu dövrdə ixracın dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 52% artıb, həcmi isə 7,1% azalıb.
Qeyd edək ki, Azərbaycanda neft Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal olunur. 1953-cü ildə əsası qoyulan zavod ölkənin neft məhsullarına olan tələbatını tam ödəyir.
Hazırda müəssisədə yenidənqurma və modernləşdirmə işləri davam etdirilir.
Arzu Qafarova
