Bu gün:

BƏƏ-də bir liman yaxınlığında tanker vurulub


Kral Dəniz Qüvvələrinin Dəniz Ticarət Əməliyyatları Mərkəzinin(UKMTO) mətbuat xidmətinin məlumatına görə, tanker BƏƏ-nin Fujayra limanından 42,5 km məsafədə düşən mərmi nəticəsində zədələnib. Hücum nəticəsində heyət üzvləri xəsarət almayıb və gəminin özü yüngül ziyan görüb.

Suda partlayış

24media.az News.ru saytına istinadən xəbər verir ki, UKMTO nümayəndələri gəmiyə dəyən ziyanın ətraf mühitə təsiri barədə heç bir məlumat verməyiblər. BƏƏ sahillərində tankerə hücum edən şəxsin kimliyi də məlum olmayıb. 

Daha əvvəl ABŞ Maliyyə Naziri Skott Bessentin açıqladığı kimi, ABŞ hakimiyyətinin qlobal enerji təchizatının sabitliyini qorumaq üçün İran neft tankerlərinin Hörmüz boğazından keçməsinə mane olmadığı açıqlanıb. ABŞ Maliyyə Naziri izah edib ki, Vaşinqton bu daşınmalara qəsdən icazə verib.

Bundan əvvəl, Birləşmiş Ərəb Əmirliklərinin Şarja şəhəri yaxınlığındakı sularda bir tankerə dəyən zərbədən sonra yanğın baş verib. Gəminin ABŞ-yə məxsus ola biləcəyindən şübhələnilib. Hadisənin görüntüləri internetdə də yayılıb. Videoda tankerdən hündür alov sütunu və qatı tüstü qalxıb. 

Əli Balayev

Paylaş
Şərh əlavə et