Bu gün:

Tramp: İranın Xarq adası sıradan çıxarılıb


ABŞ Prezidenti Donald Tramp İranın Xarq adasının bombalanması ilə bağlı açıqlama verib.

24media.az APA-ya istinadən xəbər verir ki,o, PBS telekanalının müxbirinə bildirib ki, həyata keçirilən zərbələr nəticəsində Xarq adası sıradan çıxarılıb.


Tramp qeyd edib ki, hücum zamanı adadakı əsas boru xətlərinin vurulmasını istəməyib. Onun sözlərinə görə, həmin boru xətləri vurulsaydı, onların bərpası uzun illər vaxt aparacaqdı.


Qeyd edək ki, Xarq adası İranın neft istehsalı və ixracı baxımından strateji əhəmiyyətə malikdir.


Xatırladaq ki, ABŞ qüvvələri daha əvvəl İranın Xarq adasına hava zərbələri endirib.

Fidan Ağayeva


Paylaş
Şərh əlavə et