Martın 16-na keçən gecə Los-Ancelesdə “Oskar” mükafatlarının 98-ci təqdimat mərasimi keçirilib.
Bakı, 16 mart, AZƏRTAC
24media.az AZƏRTAC-a istinadən xəbər verir ki, mərasimin aparıcısı yenidən komediyaçı və televiziya aparıcısı Konan O’Brayen olub. Pol Tomas Andersonun “Döyüşdən-döyüşə” filmi “Ən yaxşı film” və “Ən yaxşı rejissor” daxil olmaqla ümumilikdə altı “Oskar” qazanaraq gecənin əsas qalibi olub.
Maykl B. Cordan “The Wicked” filmindəki roluna görə “Ən yaxşı aktyor” mükafatını qazanıb. Cessi Bakli isə “Hamnet” filmindəki roluna görə “Ən yaxşı aktrisa” seçilib. Hər iki aktyor karyeralarında ilk “Oskar”larını əldə ediblər.
Emi Mediqan “Silahlar” filmindəki roluna görə “Ən yaxşı ikinci dərəcəli aktyor” mükafatına layiq görülüb. Bəstəkar Lüdviq Göransson isə “Ən yaxşı orijinal musiqi” nominasiyasında üçüncü “Oskar”unu qazanıb.
Aylin Bayraməliyeva
