Bu gün:

Dövlət qulluğunda inzibati rəhbər vəzifələrə qəbul üzrə test imtahanı keçirilir


Martın 15-də Dövlət İmtahan Mərkəzi dövlət qulluğu vəzifələrinin A və B növü üzrə vəzifə qruplarına aid test imtahanı keçirir.Geniş zalda çoxsaylı namizədlərin kompüter arxasında test imtahanı vermə prosesi

24media.az APA-ya istinadən xəbər verir ki, imtahan saat 10:00 və 16:00 olmaqla iki növbədə kompüter vasitəsilə 3 saat davam edir. Namizədlər imtahanı bitirdikdən sonra nəticələrlə dərhal tanış ola bilirlər. Nəticələr daha sonra DİM-in rəsmi saytında da yerləşdiriləcək.

Bildirilib ki, test imtahanından uğurla keçən namizədlərə müvafiq vəzifə altqruplarına uyğun sertifikat veriləcək və bu sertifikat 5 il müddətində qüvvədə olacaq.

Namizədlər sertifikatı əldə etmək üçün martın 16-dan aprelin 7-dək DİM-in portalında müraciət formasını doldurmalıdırlar. Bunun üçün ali təhsil haqqında sənədin və mövcud olduğu halda əmək kitabçasının skan olunmuş surətləri təqdim edilməlidir.

Qeyd olunub ki, təqdim olunan məlumatların elektron sistem vasitəsilə yoxlanılması mümkün olmadıqda, namizəd sənədlərin təsdiq edilmiş surətlərini və ya əsllərini 5 iş günü ərzində DİM-ə təqdim etməlidir.

İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası martın 16, 17 və 18-də saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin əsas inzibati binasında fəaliyyət göstərəcək.

Aylin Bayraməliyeva



Paylaş
Şərh əlavə et