Bu gün:

İran XİN rəhbəri Hörmüz boğazı ilə bağlı açıqlama verib


Hörmüz boğazı ABŞ və onun müttəfiqlərinə məxsus gəmilər istisna olmaqla digər ölkələrin istifadəsi üçün açıq qalır.İranın xarici işlər naziri Abbas Əraqçi

24media.az “Report”a istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi “Əl-Ərəbi Əl-Cədid”ə müsahibəsində bildirib.

Nazir qeyd edib ki, regiondakı gərginliyə baxmayaraq, İran qonşu ölkələrlə diplomatik əlaqələri davam etdirir. Onun sözlərinə görə, xüsusilə Qətər, Səudiyyə Ərəbistanı və Omanla əlaqələr aktiv şəkildə saxlanılır və qarşılıqlı münasibətlərin qorunmasına çalışılır.

Abbas Əraqçi, həmçinin vurğulayıb ki, ölkə daxilində vəziyyət sabitdir. O bildirib ki, İranın dövlət institutlarında, eləcə də ordu strukturlarında hər hansı parçalanma və ya daxili böhran müşahidə olunmur. Nazir əlavə edib ki, hökumət regiondakı vəziyyəti diqqətlə izləyir və təhlükəsizliklə bağlı bütün tədbirləri görür.

Aylin Bayraməliyeva


Paylaş
Şərh əlavə et