Azərbaycanın avtomobil yollarında martın 16-da gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq edilib.
Qatı dumanlı hava şəraitində magistral yolda faraları yanılı vəziyyətdə hərəkət edən avtomobillər
24media.az “Report”a istinadən xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, sabah bəzi rayonlarda yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 300–800 metrədək məhdudlaşacağı gözlənilir. Sürücülərə ehtiyatlı olmaları tövsiyə olunur.
Aylin Bayraməliyeva
