Bu gün:

Alzheimer riskini azaltmaq mümkündür


Alzheimer xəstəliyi dünyada yaşlı insanlar arasında geniş yayılan bir xəstəlikdir. Mütəxəssislər bildiriblər ki, yaşlı əhalinin sayının artması ilə bu xəstəliyin riski də artıb. Lakin sağlam həyat tərzi ilə Alzheimer riskini təxminən 45 faiz azaltmaq mümkündür.

Nevroloq Melek Kandemir Yılmaz bildirib ki, xəstəliyin ən böyük risk faktoru yaşdır və yaş artdıqca risk də yüksəlir. Bundan başqa artıq çəki, yüksək təzyiq, diabet, siqaret çəkmək və yuxu problemləri də Alzheimer riskini artıran amillərdir. Alimlər qeyd edilbər ki, sağlam qidalanma, idman və sosial-zehni fəaliyyətlər bu xəstəliyin qarşısını almağa kömək edir.  Mütəxəssislər Alzheimer xəstəliyinin utanılacaq bir vəziyyət olmadığını vurğulayıblar. Bu xəstəlik digər xroniki xəstəliklər kimi müalicə və mütəmadi nəzarət tələb edir. Sağlam həyat tərzi və erkən tədbirlər Alzheimer riskinin azalmasına böyük kömək edə bilər.

Mənbə: TRT Haber

Tərcümə etdi: Fidan Mənsimova



Paylaş
Şərh əlavə et